Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
23 Dekabr , 2019 11:42
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi