Belçikanın Azərbaycandakı səfirliyində Brüsseldəki terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb

Belçikanın Azərbaycandakı səfirliyində Brüsseldəki terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb Eyni zamanda, səfirliyin yerləşdiyi binanın qarşısında terror aktının qurbanlarının xatirəsinə şamlar yandırılıb
Xarici siyasət
23 Mart , 2016 11:45
Belçikanın Azərbaycandakı səfirliyində Brüsseldəki terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb

Bakı. 23 mart. REPORT.AZ/ Belçikanın Azərbaycandakı səfirliyində martın 22-də Brüsseldə baş verən terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb.

Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı bu gün axşam saat 17:00-a kimi səfirliyin binasında (Nizami küç., 63, İSR Plaza, 6-cı mərtəbə) açıq olacaq.

Eyni zamanda, səfirliyin yerləşdiyi binanın qarşısında terror aktı qurbanlarının xatirəsinə şamlar yandırılıb.

Xatırladaq ki, ötən gün Brüsseldə hava limanında və metroda törədilən terror aktları nəticəsində 33 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb. Ölkədə üçgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi