Belçika XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Belçika XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb Görüş zamanı həm iki ölkə, həm də Aİ və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq
Xarici siyasət
22 Aprel , 2015 14:32
Belçika XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycana səfər proqramı açıqlanıb.

Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, D.Reynders aprelin 27-də Bakıya gələcək.

Aprelin 28-də Belçika XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş planlaşdırılıb. 

Görüşlər zamanı həm iki ölkə, həm də Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, cari ilin birinci yarısından etibarən Belçika Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. 

D.Reyndersin Bakıya səfəri aprelin 29-da başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi