Yuxarı

Belçikanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Belçika səfirliyində seçki məntəqəsi açılıb

Avropa Parlamentinə seçkilərlə əlaqədar Belçikanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.

“Report” səfirliyə istinadən xəbər verir ki, səsvermədə Azərbaycanda daim və ya müvəqqəti yaşayan belçikalılar iştirak edə biləcəklər.

Xatırladaq ki, mayın 23-dən 26-dək Avropa İttifaqı üzvü olan 28 ölkədə keçiriləcək seçkilər zamanı 512 milyondan artıq əhalini təmsil edəcək 751 deputat seçiləcək. Seçkilərdə həm partiyalar, həm də müstəqil namizədlər iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi