Yuxarı

Belarusun Bakıdakı səfirliyi səsvermənin nəticələrini açıqlayıb

​Belarusun Bakıdakı səfirliyi səsvermənin nəticələrini açıqlayıb

Belarusun Azərbaycandakı səfirliyi Bakıdakı diplomatik nümayəndəliyin nəzdində açılmış 709 saylı seçki məntəqəsində keçirilmiş ölkə parlamentinin yeddinci çağırış Nümayəndələr Palatasına deputat seçkilərinin nəticələrini açıqlayıb.

"Report" səfirliyə istinadən xəbər verir ki, seçici siyahısında olanların 100 faizi səsvermədə iştirak edib.

95 nömrəli Kupalovo seçki dairəsinin Bakıdakı səfirliyindəki 709 saylı seçki məntəqəsində keçirilmiş seçkilərdə 7 namizəd iştirak edib: Qriqori Kostusev, Danila Lavretski, Aleksandr Mayski, Oksana Orlova, Pyotr Popravko, Tatyana Sayqanova, Yevgeni Şevko.

Səsvermənin nəticələrinə görə, səslərin 53,84%-ini T.Sayqanova toplayıb. O.Orlova 23,07%, Y.Şevko 7,69%, D.Lavretski, A.Mayski və P.Popravka hərəyə 3,85% səs qazanıb. Q.Kostusevə səs verən olmayıb. Seçicilərin 3,85%-i namizədlərdən heç birini dəstəkləməyib. Etibarsız bülletenlər olmayıb.

Seçki günü seçki prosesi beynəlxalq müşahidəçilərin iştirakı ilə baş tutub.

Xatırladaq ki, Belarusda parlament seçkiləri dünən keçirilib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi