Belarus səfiri Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

Belarus səfiri Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb Minsk Bakıya ixracın həcmini artırır
Xarici siyasət
12 Mart , 2018 10:11
Belarus səfiri Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb
Report/ Orkhan Azim

Bakı. 12 mart. REPORT.AZ/ "Belarus Azərbaycanla əməkdaşlığı genişləndirir".

"Report" "Belnovosti"yə istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Onun sözlərinə görə, Belarusda Azərbaycanla konstruktiv əməkdaşlıq üçün bütün şərtlər var.

"İki ölkə arasında istehsal sahəsində əməkdaşlıq yeni səviyyəyə çatmalıdır. Tərəflər ticarət dövriyyəsinin artırılmasında maraqlıdırlar. Belarus Azərbaycana maşınqayırma, ağac emalı, neft, ərzaq və tibb məhsulları ixracının artırılması imkanlarını araşdıracaq", - səfir bildirib.

Qeyd edək ki, ötən il ərzində Belarusun Azərbaycana ixracı 10 faiz artıb.

Son xəbərlər

Orphus sistemi