BƏƏ-nin Azərbaycandakı səfirliyi XİN tərəfindən mükafatlandırılıb

BƏƏ-nin Azərbaycandakı səfirliyi XİN tərəfindən mükafatlandırılıb Səfirlik Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrinə görə mükafata layiq görülüb
Xarici siyasət
13 Aprel , 2017 17:48
BƏƏ-nin Azərbaycandakı səfirliyi XİN tərəfindən mükafatlandırılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi BƏƏ-nin Xarici İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, diplomatik missiya BƏƏ XİN-in fərqlənmə mükafatı ilə təltif edilib.

Səfirlik il ərzində göstərdiyi effektiv fəaliyyətə və Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrinə görə mükafata layiq görülüb.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysiyə mükafatı Abu-Dabi şəhərində bu ölkənin xarici işlər naziri Ənvər Qarqaş təqdim edib.

Son xəbərlər

Orphus sistemi