Yuxarı

Baş nazirin müavini: "Dünya Bankının şəffaflığından, mövcud sistem və mexanizmdən istifadə etmək lazımdır"

Baş nazirin müavini: "Dünya Bankının şəffaflığından, mövcud sistem və mexanizmdən istifadə etmək lazımdır"
İndiyədək DB-nin xətti ilə 170 milyon dollara qədər kredit layihələri məcburi köçkünlər üçün icra olunub
© Report/ Elshan Baba

Bakı. 19 sentyabr. REPORT.AZ / "Sovet dövründə beynəlxalq maliyyə çıxışlarına heç bir imkanımız olmayıb. Çünki həmin zaman ölkə qapalı idi. Orada çıxış imkanları ancaq müəyyən kontingent üçün idi. Beynəlxalq maliyyə institutlarının təcrübəsini Dünya Bankından öyrənmişəm".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, Komitə 18 ildir Dünya Bankı ilə əməkdaşlıq edir: "Onlarla əməkdaşlıq maraqlıdır. 18 il ərzində Dünya Bankının xətti ilə 170 milyon dollara qədər kredit layihələri məcburi köçkünlər üçün icra olunub. Dünya Bankının şəffaflığından, mövcud sistem və mexanizmdən istifadə etmək lazımdır, çünki orada zəif kadr görməmişəm. Dünya Bankının Bakı ofisində milli kadrlar yetişib və beynəlxalq aləmə çıxış ediblər. Bundan sonra da əməkdaşlığımız uğurlu, dayanıqlı və davamlı olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi