Yuxarı
    Bağlamaq

    Baş nazir Novruz Məmmədov Fransaya səfərə gedib

    Dinlə
    Azərbaycanın Baş naziri Novruz Məmmədov

    Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

    Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi