Baş nazir müavini: "Azərbaycan Rumıniya üçün dəyərli strateji tərəfdaşdır"

Baş nazir müavini: "Azərbaycan Rumıniya üçün dəyərli strateji tərəfdaşdır" Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Rumıniya üçün dəyərli strateji tərəfdaşdır.
Xarici siyasət
17 İyul , 2018 12:26
Baş nazir müavini: Azərbaycan Rumıniya üçün dəyərli strateji tərəfdaşdır
http://www.anabirchall.ro

Bakı. 17 iyul. REPORT.AZ/ "Azərbaycan Rumıniya üçün dəyərli strateji tərəfdaşdır".

"Report" Rumıniya KİV-inə istinadən xəbər verir ki, bunu Rumıniyanın baş nazirinin müavini Ana Birçall Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə görüşdə deyib.

Buxarestdə keçirilən görüşdə Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində tərəfdaşılığın dərinləşdirilməsi, Azərbaycanın Rumıniyanı 2020-2021-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində dəstəkləməsi, Azərbaycanla Avropa İttifaqı (Aİ) və NATO arasında dialoqun gücləndirilməsi, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular müzakirə olunub.

"Azərbaycanla strateji tərəfdaşlığın iqtisadi aspektinin inkişafı hər iki ölkə üçün böyük maraq kəsb edir. Eyni zamanda, Rumıniya Avropa İttifaqı Şurasına sədrliyi dövründə və ümumiyyətlə, Aİ ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək", - Rumıniya baş nazirinin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi