Baş nazir: “Aİ və Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq və birgə dəyərlər əsasında möhkəmlənməsinə ümid edirəm”

Baş nazir: “Aİ və Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq və birgə dəyərlər əsasında möhkəmlənməsinə ümid edirəm” Bakı. 21 iyun. REPORT.AZ/ Estoniya Respublikasının Baş naziri Yuri Ratas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
21 İyun , 2018 17:16
Baş nazir: “Aİ və Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq və birgə dəyərlər əsasında möhkəmlənməsinə ümid edirəm”
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Estoniya Respublikasının Baş naziri Yuri Ratas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə mənim səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz. Sizə və yeni hökumətinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, Estoniya və Azərbaycan arasında mükəmməl münasibətlər və əməkdaşlıq ölkələrimizin mənafeyi naminə möhkəmlənməkdə və uğurla inkişaf etməkdə davam edəcəkdir. Həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq və birgə dəyərlər əsasında möhkəmlənməsinə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Son xəbərlər

Orphus sistemi