Baş konsulluq: İstanbuldakı partlayışda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Baş konsulluq: İstanbuldakı partlayışda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur Sultanahmet meydanında törədilən terror aksiyası nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb
Xarici siyasət
12 Yanvar , 2016 18:25
Baş konsulluq: İstanbuldakı partlayışda yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Bakı. 12 yanvar. REPORT.AZ/ "Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur". 

Bu barədə "Report"a Azərbaycanın İstanbuldakı baş konsulluğundan məlumat verilib. 

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulda Sultanahmet meydanında törədilən terror aksiyası nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Terroru 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törətdiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi