Yuxarı

Baş konsul Türkiyə-Naxçıvan əlaqələrinin inkişafında səylərini əsirgəməyəcəyini bildirib

Baş konsul Türkiyə-Naxçıvan əlaqələrinin inkişafında səylərini əsirgəməyəcəyini bildirib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri Məhmət Emin Kirazı muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin sədri münasibətlərin daha da möhkəmləndirilməsində baş konsula uğurlar arzulayıb.

Məhmət Emin Kiraz səmimi qəbula görə minnətdarlıq edərək, qardaş ölkə Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi