Bakı. 30 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana 464,5 milyon ABŞ dolları həcmində sərmayə yatırmaqla, Azərbaycana ən çox sərmayə qoyan beş dövlət arasında qərarlaşıb.
Azərbaycanın Dubaydakı baş konsulluğundan "Report"a verilən məlumata görə, bu barədə baş konsul Pərviz İsmayilzadə BƏƏ-nin "Əl Bayan" qəzetinə müsahibədə deyib.
Baş konsul müsahibəsində BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl-Maktumun Azərbaycana rəsmi səfəri və Prezident
Pərviz İsmayılzadə Azərbaycanda əcnəbi iş adamları üçün yaradılmış əlverişli biznes mühitinin təzahürü olaraq, işgüzar dairələr tərəfindən ölkəmizə marağın yüksək olmasını və Azərbaycanın sərmayələrin qarşılıqlı qorunması haqqında 40-dan artıq ölkə ilə ikitərəfli müqavilələr imzaladığını diqqətə çatdırıb.
Azərbaycanın dünya əhəmiyyətli mötəbər tədbirlərə ev sahibliyi etməsindən danışan Pərviz İsmayılzadənin bu il 12-28 iyun tarixlərində ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda keçirilməsi, hazırlıq işlərinin yüksək səviyyədə aparılması və 6000-dən artıq idmançı və onları dəstəkləyəcək heyətlərinin Azərbaycana gələcəkləri barəsində məlumat verib.