Baş katib: "Macarıstanla Özbəkistan Türk Şurası Ticarət Palatasına üzv olacaq"

Baş katib: "Macarıstanla Özbəkistan Türk Şurası Ticarət Palatasına üzv olacaq" Özbəkistanın Türk Şurası üzvlüyünə qəbul olunması bu təşkilatın gündəmini daha da şaxələndirəcək.
Xarici siyasət
14 Oktyabr , 2019 14:23
Baş katib: Macarıstanla Özbəkistan Türk Şurası Ticarət Palatasına üzv olacaq
Report / Elchin Murad

"Özbəkistanın Türk Şurası üzvlüyünə qəbul olunması bu təşkilatın gündəmini daha da şaxələndirəcək".

“Report” xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyev TDƏŞ xarici işlər nazirlərinin Bakıdakı görüşünə yekun vurularkən bildirib.

“Bütün səylərimiz dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı genişləndirməyə yönəlir. Bu yaxınlarda yaratdığımız müştərək ticarət palatasına bu gün Macarıstan və Özbəkistan da rəsmən üzv oldular. Bu iclasın başlıca nəticəsi təşkilatın ilk dəfə olaraq genişlənməsidir. Özbəkistan TDƏŞ-in tamhüquqlu üzvü olur. Özbəkistanın təşkilatımızın gündəliyini daha da şaxələndirəcəyinə şübhəmiz yoxdur” - deyən Baş katib Türk Şurası dövlət başçılarının sabah imzalanması gözlənilən bəyannaməsinə müştərək sərmayə fondunun yaradılmasına dair də ayrıca müddəa salındığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi