Yuxarı

Baş katib: "Avropa Şurası maliyyə böhranı yaşayır"

Turbyorn Yaqland: Təşkilat ştat vahidini bir qədər azaltmağa məcbur olacaq
© Foto: Dagens Naeringsliv

Bakı. 23 yanvar. REPORT.AZ/ "Avropa Şurası (AŞ) maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən yardımların eyni zamanda azalması ilə əlaqədar olaraq fəallığını azaltmaq məcburiyyətindədir".

"Report" xəbər verir ki, bunu təşkilatın baş katibi Turbyorn Yaqland AŞPA deputatları qarşısında çıxış edərkən deyib.

Baş katib təşkilatın ştat vahidini bir qədər azaltmağa məcbur olduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurasının ümumi illik büdcəsi 450 milyon avrodur.

Xatırladaq ki, ötən il Rusiya Avropa Şurasının büdcəsinə minimum təyin olunmuş ödənişin üçdə ikisini ödəməyəcəyini açıqlayıb. Eyni zamanda, AŞPA-nın tənqidlərinə cavab olaraq, Türkiyə AŞ-yə ianələrin miqdarını minimuma endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi