Strasburq. 24 aprel. REPORT.AZ/ "Avropa Şurası Azərbaycanda islahatların aparılması üçün hər zaman dəstək verməyə hazır olub".
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AŞPA-nın tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın əsas məzmununu təhrif etməyə çalışanlar var.