Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib

Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib Tədbirdə Azərbaycanın bir neçə KİV rəhbərləri və nümayəndələri iştirak edib
Xarici siyasət
3 May , 2017 15:01
Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib
Report.az

Bakı. 3 may. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun iqamətgahında Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş qəbul təşkil edilib.

"Report" xəbər verir ki, bu gün münasibəti ilə jurnalistləri təbrik edən səfir 1993-cü ildə BMT-nin Baş Assambleyasının 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan etdiyini xatırladıb. Bu qərar YUNESKO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında" qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.

O, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə 9 namizəddən biri olduğunu qeyd edib.

Səfir bugünkü çətin zamanda azad və müstəqil medianın mühüm rolunu vurğulayıb.

Tədbirdə Azərbaycanın bir sıra KİV rəhbərləri və nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi