Bakıda Stalinqrad döyüşündəki qələbənin 75 illiyi qeyd edilib

Bakıda Stalinqrad döyüşündəki qələbənin 75 illiyi qeyd edilib Veteranlar - Səfər Abdulayev və Aleksandr Qritçenko xatirələrini bölüşüblər
Xarici siyasət
2 Fevral , 2018 17:36
Bakıda Stalinqrad döyüşündəki qələbənin 75 illiyi qeyd edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda Stalinqrad döyüşündəki qələbənin 75 illiyi qeyd edilib.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) "Report"a verilən məlumata görə, tədbirdə Böyük Vətən Müharibəsi veteranları, universitetlərin müəllim və tələbələri iştirak ediblər.

Rusiyanın "Rossotrudnichestvo" federal agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Aleksandr Kalamin qonaqları salamlayaraq RİMM-də hazırlanan Stalinqradr döyüşünün 75 illiyinə həsr olunmuş fotosərgini təqdim edib.

Stalinqrad döyüşü, onun tarixdəki rolu, Stalinqrad müdafiəçilərinin qəhrəmanlığı barədə ehtiyatda olan polkovnik Rasim Muxtarov mühazirə ilə çıxış edib. Veteranlar - Səfər Abdulayev və Aleksandr Qritçenko xatirələrini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi