Bakıda Şərq Tərəfdaşlığının Riqa sammitinə hazırlıq prosesi müzakirə olunub

Bakıda Şərq Tərəfdaşlığının Riqa sammitinə hazırlıq prosesi müzakirə olunub Polşa və İsveç XİN siyasi direktorları Azərbaycana səfər edib
Xarici siyasət
12 May , 2015 13:25
Bakıda Şərq Tərəfdaşlığının Riqa sammitinə hazırlıq prosesi müzakirə olunub

Bakı. 12 may. REPORT.AZ/ Polşa və İsveç Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən öncə Azərbaycanla siyasi məsləhətləşmələr aparıb. 

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, bu gün Bakıda Polşa və İsveç XİN siyasi direktorları Yaroslav Bratkeviç və Torborn Solstremin Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü keçirilib. 

Görüşdə tərəflər mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələlərini müzakirə edib. 

Qeyd edək ki, bir müddət əvvəl Y.Bratkeviç və T.Solstrem, həmçinin Ermənistana səfər edib.

Son xəbərlər

Orphus sistemi