Bakıda Rusiya Baş Qərargah rəisi ilə NATO-nun baş komandanı arasında görüş keçirilib

Bakıda Rusiya Baş Qərargah rəisi ilə NATO-nun baş komandanı arasında görüş keçirilib Tərəflər bu formatda dialoqu davam etdirmək barədə razılıq əldə ediblər
Xarici siyasət
19 Aprel , 2018 16:22
Bakıda Rusiya Baş Qərargah rəisi ilə NATO-nun baş komandanı arasında görüş keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşüb.

"Report" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

"Qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılması üçün tərəflər bu formatda dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi