Yuxarı

Bakıda Qoşulmama Hərəkatı ölkələrinin XİN başçılarının iclası başlayıb - ƏLAVƏ OLUNUB

​Bakıda Qoşulmama Hərəkatı ölkələrinin XİN başçılarının iclası başlayı

Bakıda Qoşulmama Hərəkatı ölkələrinin Xarici İşlər nazirlərinin iclası keçirilir.

"Report" xəbər verir ki, nazirlər Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVII sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Hazırda təşkilata sədrlik edən Venesuelanın Xarici İşlər naziri Xorxe Arreas iclası açıq elan edən zaman ölkəsinə dəstək verdiyinə görə Qoşulmama Hərəkatına təşəkkür edib.

"Biz təşkilat daxilində daha sıx qarşılıqlı fəaliyyət göstərməliyik. Yalnız birgə irəli hərəkət etməklə gələcəkdə firavanlığa, təhlükəsizliyə və yeni dünya nizamına nail ola bilərik. Dünyada çoxqütblülüyü və sabitliyi dəstəkləməliyik", - XİN başçısı deyib. 

Onun sözlərinə görə, ölkələr beynəlxalq hüququn işləməsi üçün beynəlxalq strukturlar vasitəsilə də qarşılıqlı əlaqələr qurmalıdır.

"Bu gün Venesuela təcavüzün qurbanı olub. Qərb gücündən istifadə edərək və qanunları tapdalayaraq bir sıra ölkələrdə vəziyyəti dəyişdirmək üçün onları sanksiyalarla boğmağa çalışır, müdaxilə üçün şərait yaratmaq məqsədi ilə insanları yoxsul hala salır. Bu gün dünyada çoxqütblülük təhdid altındadır, ciddi böhran var. Bəzi Qərb ölkələri KİV vasitəsilə digər ölkələrin daxili işlərinə qarışmağa, siyasətlərini dəyişdirməyə, ehtiyatlarını əllərindən almağa, rejimi dəyişdirməyə çalışır, - X.Arreas vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi