Bakıda QDİƏT-in komitə iclası başlayıb

Bakıda QDİƏT-in komitə iclası başlayıb “QDİƏT-ə üzv dövlətlərdə dayanıqlı sağlamlığın qorunmasında parlamentin rolu” mövzusunda müzakirələr aparılacaq
Xarici siyasət
25 Aprel , 2017 10:11
Bakıda QDİƏT-in komitə iclası başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial, məsələlər üzrə komitəsinin 48-ci iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və xarici qonaqlar iştirak edir.

Komitə iclasında “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə dayanıqlı sağlamlığın qorunmasında parlamentin rolu” mövzusunda müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi