Bakıda MDB ölkələrinin gənclər siyasəti müzakirə olunacaq

Bakıda MDB ölkələrinin gənclər siyasəti müzakirə olunacaq Tədbir 23-24 noyabr tarixlərində keçiriləcək
Xarici siyasət
31 Oktyabr , 2016 07:18
Bakıda MDB ölkələrinin gənclər siyasəti müzakirə olunacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda MDB ölkələrinin "Qeyri-rəsmi təhsilin gənclərin inkişafında rolu" mövzusunda beynəlxalq konfransı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman İşləri üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbir 23-24 noyabr tarixlərində keçiriləcək.

Gənclər siyasəti və təhsil üzrə ixtisaslaşan şəxslər gənclərlə iş zamanı qeyri-rəsmi təhsil üsul və yanaşmasından istifadə sahəsində nəzəri və əməli bilikləri müzakirə etmək məqsədi ilə bir araya gələcəklər. Tədbirdə hər bir ölkədən 18-29 yaş aralığında üç nəfər iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi