Bakıda ​I Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə anım həftəsi keçiriləcək

Bakıda ​I Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə anım həftəsi keçiriləcək Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri bir sıra tədbirlər təşkil edəcəklər
Xarici siyasət
21 Noyabr , 2014 12:35
Bakıda ​I Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə anım həftəsi keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda Birinci Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə alman-fransız anım həftəsi keçiriləcək. Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Belə ki, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri bir sıra tədbirlər təşkil edəcəklər.

Anım həftəsi noyabrın 25-də Erix Maria Remarkın dünyaca məşhur romanı əsasında "Qərb cəbhəsində yenilik yoxdur" filminin nümayiş olunması ilə başlayacaq.

Növbəti gün - noyabrın 26-da axşam Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin iştirakçılığı ilə alman tarixçi Folker Venorun təqdimatı nəzərdə tutulub.

Noyabrın 27-də Azərbaycan-Alman mədəniyyət mərkəzində 1-ci Dünya Müharibəsi dövrünə aid mahnılardan ibarət konsert və əsgər məktublarının oxunması keçiriləcək.

Noyabrın 28-də - xatirə həftəsinin yekununda müəllif Jan Klod Leskurun iştirakı ilə "The war brought to light : 14-18 through stained glass" kitabının təqdimatı olacaq.

Bütün həftə boyu Berlin və Parisin 1-ci Dünya Müharibəsi dövrü ilə bağlı şəkillərindən ibarət sərgi nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi