Yuxarı

Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir - ƏLAVƏ OLUNUB - FOTO

Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” konfransı keçirilir

ADA Universitetində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir.

"Report"un məlumatına görə, tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Konfransı açıq elan edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyasının uzun və çətin yol qət etdiyini vurğulayıb.

"XX əsrin əvvəllərində keçirilən Paris konfransı Azərbaycan diplomatiyasının ən vacib aspektlərindən birinə çevrildi və nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mümkün oldu. Bu gün isə artıq 30 ilə yaxındır Azərbaycanın müasir diplomatiyasının şahidi oluruq. Biz Azərbaycanı beynəlxalq ictimaiyyətin mühüm üzvü etmək istəyirik", - H.Paşayev bildirib.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi