Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək

Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək Böyük Britaniya XİN-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris Azərbaycana gələcək
Xarici siyasət
15 Noyabr , 2017 13:30
Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək.

"Report" xəbər verir ki, konfransa qatılmaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris  bu gün Azərbaycana gələcək.

Konfrans zamanı Böyük Britaniyanın region ölkələrində akkreditə olunmuş səfirləri ən vacib məsələləri, o cümlədən bu ay Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitini müzakirə edəcəklər.

Ümumiyyətlə, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.

Xatırladaq ki, 5-ci "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi