Yuxarı

Bakıda Belçikanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Bakı. 19 iyul. REPORT.AZ/ Bakıda Belçikanın milli bayramı - müstəqilliyinin 188-ci, kral Filipin taxt-taca çıxmasının 5-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan və Belçikanın dövlət himnləri səslənib.

Sonra çıxış edən Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib ki, 2018-ci il Azərbaycan və Belçika üçün əlamətdar olub. Səfir bu müddət ərzində hər iki ölkə arasında rəsmi səfərləri qeyd edərək onların əhəmiyyətindən danışıb. O, Belçikanın 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsində Azərbaycanın göstərdiyi dəstəyi, həmçinin ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə rolunu qeyd edib. 

Daha sonra səfir Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan xalqı adından Belçika xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında əlaqələr inkişaf etməkdə davam edir, Belçika şirkətləri Azərbaycanda tikinti, tibb, alternativ enerji, kənd təsərrüfatı və digər sahələrdə uğurla çalışırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi