Bakıda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bakı. 8 fevral. REPORT.AZ/ Xarici İşlər Nazirliyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib. 
Xarici siyasət
8 Fevral , 2018 12:32
Bakıda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Xarici İşlər Nazirliyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib. 

XİN-dən "Report"a verilən məlumata görə, məqsəd işçi səviyyədə Milli Komissiyanın qarşısında duran məsələlərin və gələcək fəaliyyət planının müzakirə edilməsi, eləcə də aidiyyəti qurumlar arasında daha sıx əlaqələndirmənin təmin edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub. 

İclası XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyasının baş katibi Elnur Sultanov açaraq Azərbaycanla YUNESKO arasında mövcud olan sıx əlaqələrdən bəhs edib, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib. O vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və YUNESKO ideyalarının təbliği istiqamətində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilib.

E.Sultanov 2017-ci ildə Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb və gündəmdə duran cari məsələlər haqqında məlumat verib. 

Daha sonra Azərbaycanla YUNESKO arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra yeni təkliflər irəli sürülüb və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi