Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Azərbaycanda səfərdə olan Latviyanın XİN başçısı Eqdars Rinkeviçs arasında görüş keçirilir.
"Report" xəbər verir ki, görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, regional və qlobal məsələləri, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Sonra görüş geniş tərkibdə davam etdiriləcək.
Görüş çərçivəsində nazirlərin Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportu olan şəxslər üçün vizanın ləğv edilməsi barədə saziş imlayacağı gözlənilir.
Daha sonra nazirlər mətbuat nümayəndələri üçün açıqlamalar verəcəklər.