Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.
"Report" xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparırlar.
Xatırladaq ki, M.C.Zərif Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə iştirak etmək üçün dünən Bakıya gəlib.