Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış" mövzusunda konfrans keçirilib

Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış" mövzusunda konfrans keçirilib Mesut Özcan: "Beynəlxalq platformada Gürcüstan və Azərbaycanı dəstəkləməyə davam edirik"
Xarici siyasət
5 İyun , 2017 11:50
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış mövzusunda konfrans keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrasda üç strateji müttəfiq arasındakı əməkdaşlığın formalaşdırılması və bu əməkdaşlığın geosiyasəti, həmçinin üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları, üçtərəfli əlaqələrin təhlükəsizlik istiqaməti və qeyri-ənənəvi təhdidlərə qarşı mübarizə vasitələri və ehtiyacları mövzuları müzakirə edilib.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov Cənubi Qafqaz regionunun əhəmiyyətindən danışıb: "Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir".

Türkiyə XİN yanında Strateji Araşdırmala Mərkızinin sədri Mesut Özcan bildirib ki, üç ölkənin əməkdaşlıq formatı bu ölkələr arasında siyasi-iqtisadi və ictimai həmrəyliyə təkan verməyə davam edəcək: "Bu formatla yanaşı, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq ehtiyacını ciddi şəkildə həll etməyə çalışır. Bu formatla həm də akademik və cəmiyyət səviyyəsində təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycan, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək bu ölkələrin problemlərinin beynəlxalq hüquq çərçivəsində həlli üçün bütün səyləri göstərir. Təəssüf ki, ötən ilin aprelində Dağlıq Qarabağda istənilməyən hadisələr baş verdi. Sonradan atəşkəsin bərpası və üçtərəfi görüşlərin keçirilməsinə baxmayaraq, bu qərarlar istənilən ölçüdə sülh və təhlükəsizliyin bölgədə bərqərar olmasına yol açmadığını görürük. Bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Gürcüstan və Azərbaycanı dəstəkləməyə davam edirik".

Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun (Rondeli Fondu) Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili isə qeyd edib ki, hər üç ölkənin əməkdaşlığı üçün xalqların, dövlətlərin maraqları qorunmalıdır: "Əsas prinspiplərdən biri də ərazi bütövlüyünü dəstəkləməkdir. Bizim əməkdaşlığın inkişaf etməsi üçün çox gözəl fundamental prinsiplər mövcuddur. Çətinlikləru həll etməli və imkanları dəyərləndirməliyik. Üç ölkə arasında hərbi sahədə strateji müqavilənin imzalanması da çox vacibdir. Beləliklə hərbi potensialımızı da artıra bilərik. Enerji, nəqliyyat sahəsində müəyyən inkişaf mövcuddur. Bununla da digər ölkələrin marağını cəlb edə bilərik".

Konfrans mövzu ətrafında məruzələrlə davam edib.  

Son xəbərlər

Orphus sistemi