Bakıda 16 ölkənin diplomatının qatıldığı ixtisasartırma kursu başa çatıb

Bakıda 16 ölkənin diplomatının qatıldığı ixtisasartırma kursu başa çatıb Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.
Xarici siyasət
30 Noyabr , 2018 17:31
Bakıda 16 ölkənin diplomatının qatıldığı ixtisasartırma kursu başa çatıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.

XİN-dən "Report"a verilən məlumata görə, 16 ölkədən (Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnam) olan diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr, işçi seminarlar təşkil edilib. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Azərbaycan Respublikasının Milli Məclisində, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Səngəçal neft terminalında, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.

Proqramın bağlanış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılar ilə görüşüb və onlara proqramı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim edib. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.

Qeyd edək ki, AIDA 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

Son xəbərlər

Orphus sistemi