Bakı Belarusun Bobruysk şəhəri ilə qardaşlaşmaq niyyətindədir

Bakı Belarusun Bobruysk şəhəri ilə qardaşlaşmaq niyyətindədir Lətif Qəndilov: "Belarus və Azərbaycanın mövqeləri bir çox hallarda üst-üstə düşür"
Xarici siyasət
21 Fevral , 2017 11:11
Bakı Belarusun Bobruysk şəhəri ilə qardaşlaşmaq niyyətindədir

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Belarusun Bobruysk şəhəri ilə qardaşlaşmaq niyyətindədir.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə Bobruysk şəhərinin rəhbərliyi ilə görüşündə müzakirə olunub.

"Ölkələrimiz arasında qarşılıqlı etimad münasibətləri yüksək səviyyədədir. Belarus və Azərbaycanın mövqeləri bir çox hallarda üst-üstə düşür. Belarus SSRİ-nin dağılmasından sonra mövcud münasibətləri qorumuş və tam yeni müstəviyə çıxarmış ölkələrdən biridir", - səfir bildirib. O, hər iki ölkə xalqlarının əlaqələrinin inkişafı və yaxınlaşması üçün hər cür səy göstərəcəyini əlavə edib.

Öz növbəsində, Şəhər Deputatlar Şurasının sədri Mixail Jeludov Azərbaycan və Belarus üçün yeni imkanların açıldığını vurğulayıb.

Görüş zamanı şəhər rəhbərliyi Azərbaycan tərəfinə "Dostluq çələngi" beynəlxalq xalq sənəti festivalında, eləcə də Bobruysk şəhərinin yubiley tədbirində iştirak etməyi təklif edib.

Tərəflər, həmçinin emal sənayesi və maşınqayırma, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi