Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir"

Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir" "Azərbaycanda qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirlib"
Xarici siyasət
22 Sentyabr , 2017 11:52
Bahar Muradova: Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir
Milli Məclisin sədr müavini Bahar Muradova / Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qəraraların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir".

“Report”un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, gender bərabərliyi mühüm amillərdən biridir: “Hesab edirəm ki, Şərq tərəfdaşlığı üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq öz töhfəsini verəcək. Azərbaycanda bu istiqamətdə layihələr həyata keçirilir. Ölkəmiz bütün bunları öz imkanları hesabına görür. Belə səviyyədə olan sağlam əməkdaşlıq məhz bu məqsədləri həyata keçirməyə əsas yaradıb. Düşünürəm ki, Azərbaycan təcrübəsi də sizin üçün maraqlı olacaq. Azərbaycan neft ölkəsidir, burada təbii resurslar var. Amma ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq, bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələrə malikik. Dövlət başçısı Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair mühüm addımlar atıb. Azərbaycanda qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirlib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir”.

Son xəbərlər

Orphus sistemi