Bahar Muradova avropalı seçicilərə müraciət edib

Bahar Muradova avropalı seçicilərə müraciət edib “Sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram!”
Xarici siyasət
14 Sentyabr , 2015 14:26
Bahar Muradova avropalı seçicilərə müraciət edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Avropa İttifaqını heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmir, əks təqdirdə, öz mövqelərini ortaya qoyardılar”. “Report” xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova parlamentin növbədənkənar plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etirazını bildirərkən deyib.

B.Muradova qeyd edib ki, bu cür sənədlərin verə biləcəyi nəticələr ilk növbədə Avropa insanlarının taleyinə mənfi təsir göstərəcək: “Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildikləriniz şəxslərlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir”. 

Son xəbərlər

Orphus sistemi