Azərbaycanlı veteranlar Moskvada keçiriləcək yubiley Qələbə Paradında iştirak edəcək

Azərbaycanlı veteranlar Moskvada keçiriləcək yubiley Qələbə Paradında iştirak edəcək "Azərbaycanlı veteranlar nazirlik və ya respublika səviyyəsində keçiriləcək müxtəlif tədbirlərdə fəal iştirak edir"
Xarici siyasət
16 Aprel , 2015 13:45
Azərbaycanlı veteranlar Moskvada keçiriləcək yubiley Qələbə Paradında iştirak edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Bir qrup azərbaycanlı veteran Moskvada mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunan Paradda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev bildirib. 

"Hazırda azərbaycanlı veteranlar nazirlik və ya respublika səviyyəsində keçiriləcək müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Bundan başqa, onlar MDB ölkələrində keçirilən tədbirlərdə də iştirak edir", - D.Rzayev qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 1 342 Böyük Vətən Müharibəsi veteranı yaşayır. 

Son xəbərlər

Orphus sistemi