Yuxarı

Azərbaycanlı idmançının cənazəsi Livandan Azərbaycana yola salınıb

Azərbaycanlı idmançının cənazəsi Livandan Azərbaycana yola salınıb
Xəzər Əliyev Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib
© Report.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də "Türk Hava Yolları"nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir. 

Qeyd edək ki, azərbaycanlı idmançı avqustun 28-də Livanın paytaxtı Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi