Azərbaycanlı deputatın AŞPA-da təqdim etdiyi sənəd üzrə ayrıca məruzə hazırlanacaq

Azərbaycanlı deputatın AŞPA-da təqdim etdiyi sənəd üzrə ayrıca məruzə hazırlanacaq Rafael Hüseynovun müəllifi olduğu “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənədi 19 ölkənin nümayəndəsi imzalayıb
Xarici siyasət
30 İyun , 2017 13:10
Azərbaycanlı deputatın AŞPA-da təqdim etdiyi sənəd üzrə ayrıca məruzə hazırlanacaq

Strasburq. 30 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının sonuncu günündə Büronun yekun iclası keçirilib. 

"Report"un Fransa bürosu xəbər verir ki, toplantıda həftə ərzində görülən işlərə qiymət verilib, gələcək planlar müzakirə olunub.

Müzakirəyə çıxarılan məsələlərdən bir də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun yay sessiyasında təqdim etdiyi və nəşr edilərək deputatlar arasında yayılan qətnamə üçün təklifi olub.  

R.Hüseynovun müəllifi olduğu və AŞPA-nın Mədəniyyət, elm, təhsil və media Komitəsinin prioritetləri sırasında yer alan mövzuya həsr edilən “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənədi qurumda təmsil olunan 19 ölkənin nümayəndəsi imzalayıb.  

Qətnamə üçün təklifin AŞPA Bürosunda müzakirəsi də uğurlu keçib və bu problemin dərindən öyrənilməsinə ehtiyac olduğu bildirilib. 

Büro yekdilliklə deputat R.Hüseynovun təqdim etdiyi sənəd üzrə ayrıca məruzə hazırlanması barədə qərar qəbul edib. Bildirilib ki, artıq Mədəniyyət, elm, təhsil və media Komitəsinin sentyabr ayında keçiriləcək iclasında bu məsələ həllini tapcaq. 

Beləliklə, AŞPA-nın müvafiq komitəsində Azərbaycan nümayəndə heyətinin üzvü R.Hüseynovun daha bir əhəmiyyətli mövzu üzrə məruzə hazırlamağa başlayacağı haqda qərar veriləcəyi gözlənilir. 

Qeyd edək ki, adətən Büronun təsdiq etdiyi qətnamə üçün təkliflər üzrə problemi daha yaxşı bilən, onun aktuallığı və dərindən tədqiqinə diqqət yönəltmiş sənədin müəllifi məruzəçi təyin olunur. 

Son xəbərlər

Orphus sistemi