Finlandiya Prezidenti azərbaycanlı deputatın bir sıra suallarını cavablandırıb

Finlandiya Prezidenti azərbaycanlı deputatın bir sıra suallarını cavablandırıb Strasburq. 23 yanvar. REPORT.AZ/ Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır.
Xarici siyasət
23 Yanvar , 2019 17:10
Finlandiya Prezidenti azərbaycanlı deputatın bir sıra suallarını cavablandırıb

Strasburq. 23 yanvar. REPORT.AZ/ "Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır". 

“Report“un Qərbi Avropa bürosu bildirir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumda Azərbaycanın nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayevanın sualına cavab olaraq Finlandiya Prezidenti Sauli Niiniströ deyib.

"İslamafobiya və antisemitizm kimi Avropanın bu günü və gələcəyi üçün təhlükəli tendensiyaların artması ciddi narahatlıq doğurur. Nazirlər Komitəsinə rəhbərlik edən Finlandiyanın Prezdinti olaraq bu mənfi tendensiyalarla mübarizə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun gücləndirilməsi kimi mövzular sizin prioritetləriniz arasında varmı? Bu barədə nələr söyləmək istərdiniz? İkinci sualım qaçqınlarla bağlı olacaq. Münaqişələr, müharibələr nəticəsində Avropa məkanında artan qaçqınlar problemi ilə bağlı Avropa ölkə və qurumlarının fəaliyyətini yetərli sayırsınızmı? Sizcə, insanları öz evindən qaçqın salan səbəblərlə mübarizədə Avropa zəif rol oynamırmı? Və sizcə, daha hansı addımlar atılmalıdır?", - deyə deputat soruşub.

Finlandiya Prezidenti bildirib ki, həqiqətən də, belə mövqelər artmaqdadır: "Bu məsələdə müxtəlif ölkələrdə vəziyyət oxşardır. Lakin bu məsələnin həllini tapmaq çox çətin missiyalardandır. Findandiyada son 30 il bundan əvvələ nəzər salanda görürəm ki, bu gün vəziyyət çox yaxşıdır. Lakin əmin deyiləm ki, insanlar o vaxt olduğundan artıq razıdırlar. Populizmin yer almasına səbəb insanların yaxşıya tez öyrəşmələri, getdikcə daha artıq tələbkar olmalarıdır. Üzləşdiyimiz yeni elementlərdən biri də sosial mediadır. Lakin mən bu məsələdə optimistəm. Çünki mən həqiqətin bərpa olacağına inanıram. Mən demokratiyaya inanıram. Çünki insanlar axırda doğrunu anlayırlar. Finlandiyada bu problem iki dəfə - 60-cı illərdə və son dəfə 10 il bundan qabaq özünü göstərib. Yaranan partiyanı biz populistlər adlandırmışdıq. Lakin onların fəaliyyəti bir gün dayandı və bu gün onlar, ümumiyyətlə, heç mövcud deyillər. Lakin bu insanlara “siz tamamilə səhvsiniz“, “siz danışmayın“ deməyin lehinə deyiləm. Çünki bu, bizə qarşı tənqidləri daha da artıracaq", - deyə Prezident vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi