​Azərbaycanlı araşdırmaçı-jurnalistin “Avropanın oğurlanması” adlı filmi televiziyada nümayiş etdirilib

​Azərbaycanlı araşdırmaçı-jurnalistin “Avropanın oğurlanması” adlı filmi televiziyada nümayiş etdirilib Jurnalist araşdırmalarının nəticəsi olaraq 7 sənədli film hazırlayıb
Xarici siyasət
5 İyun , 2015 17:20
​Azərbaycanlı araşdırmaçı-jurnalistin “Avropanın oğurlanması” adlı filmi televiziyada nümayiş etdirilib

Bakı. 5 iyun. REPORT.AZ/ İyunun 4-də "Azad Azərbaycan" Televiziyası (ATV) virtualaz.org və haqqin.az saytlarının təsisçisi, araşdırmaçı-jurnalist Eynulla Fətullayevin “Qərib Qərb” (“Чуждый Запад”) silsiləsindən olan “Avropanın oğurlanması” (“Похищение Европы”) adlı ilk filmini nümayiş etdirib.

“Report”un xəbərinə görə, film islamofobiya problemlərinə - məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.

Xatırladaq ki, E.Fətullayev ötən il əcnəbi ekspertlərin, jurnalistlərin və operatorların daxil olduğu müstəqil çəkiliş qrupu ilə ABŞ-ın, Almaniyanın, İsveçin, Danimarkanın, Norveçin və digər Qərb ölkələrinin insan haqlarının müdafiəsi ilə məşğul olan institutlarında olub və onların bu sahədəki fəaliyyətini araşdırıb. Jurnalist həmin araşdırmalarının nəticəsi olaraq 7 sənədli film hazırlayıb. İlk filmin tam versiyasını təqdim edirik:

Son xəbərlər

Orphus sistemi