Azərbaycan ilə Ukraynanın hüquq-mühafizə orqanları məsləhətləşmələr keçirəcək

Azərbaycan ilə Ukraynanın hüquq-mühafizə orqanları məsləhətləşmələr keçirəcək Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovla Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy arasında ötən gün görüş keçirilib.
Xarici siyasət
2 Avqust , 2019 11:19
Azərbaycan ilə Ukraynanın hüquq-mühafizə orqanları məsləhətləşmələr keçirəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovla Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy arasında ötən gün görüş keçirilib.

“Report” Ukrayna səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında təhlükəsizlik və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud vəziyyətini müzakirə edərək Ukrayna ilə Azərbaycan Daxili İşlər nazirlikləri arasında müvafiq qurumları səviyyəsindəki əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Daxili İşlər nazirlikləri səviyyəsində qurucu dialoqu bundan sonra da davam etdirmək üçün yaxın zamanlarda iki ölkənin hüquq-mühafizə orqanları arasında məsləhətləşmələr keçirmək məsələsi də müzakirə olunub.

Məlumata görə, daxili işlər naziri V.Eyvazov Azərbaycan ərazisində Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təxribat hərəkətlərinə bundan sonra da yol verməmək üçün müvafiq addımlar atacaqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi