Yuxarı

Andrey Baklanov: "Azərbaycan Prezidenti kimi müdrik insanlar varsa, problem nə qədər çətin olsa da, həllini tapacaq"

Azərbaycanla RF prezidentlərinin münasibətləri nümunəvidir

İlham Əliyevin Valday forumuna gəlişi ölkələrimiz arasında münasibətləri prezidentlər səviyyəsində müzakirə etmək, həmçinin Avrasiyada nüfuzlu lider dövlət olan Azərbaycanın mövqeyi barədə daha dürüst təsəvvür əldə etmək üçün sevindirici fürsət oldu”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federal Şurasının Federal Məclisinin sədr müavininin köməkçisi Andrey Baklanov deyib.

O, Azərbaycan Prezidentinin forumdakı nitqini çox düşünülmüş olduğunu, Qafqaz regionundakı vəziyyəti daha geniş regional kontekstdə daha aydın təqdim etmək üçün lazım olan zəngin faktlar təqdim etdiyini bildirib: “Həmçinin dünyanın inkişafı istiqamətinə dair Prezident Əliyevin dəyərləndirməsi də bizim üçün çox maraqlı oldu”.

Onun fikrincə, Azərbaycan Valday forumunda Qafqazdakı vəziyyəti yoluna qoymağa yönələn xeyli maraqlı fikirlər irəli sürüb: “Bu ilki Valday Forumunun xüsusiyyəti məhz Şərq siyasətinə, iqtisadiyyatına, maliyyəsinə daha çox diqqət yetirmək, Şərqə doğru açılmaq olub. Azərbaycandan Avrasiyada media məkanının yenidən qurulması, onu daha müsbət və sakit ovqata, inkişaf məsələlərinə, əvvəlki münaqişə və böhran vəziyyətlərindən yaxa qurtararaq yenilərinə yol verməməyə kökləməklə bağlı bir çox maraqlı siyasi, iqtisadi, əqli fikirlər gəldi. Azərbaycanın bu töhfəsinin çox böyük və hörmətə layiq olduğunu qeyd etməliyəm, cənab Əliyevin gəlişinə və söylədiyi nitqə yüksək maraq da elə bununla bağlıdır”.

“Nitqi zamanı Dağlıq Qarabağ məsələsinə böyük diqqət yetirən Prezident problemin tarixi və müasir aspektlərilə bağlı konkret məlumatlar təqdim edib, çoxlu əhalinin məcburi köçü ilə bağlı ortaya çıxan humanitar məsələləri nəzərə çatdırıb. Bu, regionda çox böyük yaradır. Fikrimcə, Azərbaycan Prezidenti kimi müdrik insanlar varsa, problem nə qədər çətin və kəskin olursa-olsun, həllinin yolunu tapmaq mümkün olacaq. Bizə gəlincə, bu prosesə həm Minsk qrupunun üzvü kimi, həm də Azərbaycanın yaxın qonşusu, dostu, qardaşı olaraq da kömək olacağıq”, - A.Baklanov fikrini ifadə edib.

Rusiyalı deputat iki ölkə prezidentlərinin görüşünə dair də fikirlərini paylaşıb: “Prezidentlər arasında münasibətləri nümunəvi olaraq səciyyələndirə bilərik, buna həm də iki ölkənin bir çox siyasi xadimləri arasında şəxsi münasibətlərin də əlavə olunması mühüm məsələdir. Aramızdakı münasibətlər əsrlər boyu tarixdən qidalanan şəxsi münasibətlərə söykəndiyi üçün bu qədər möhkəmdir. Bunu da bizim böyük nailiyyətimiz kimi qəbul edərək qarşılıqlı fəaliyyətimizin yüksək səviyyəsini daha da gücləndirməyə səy göstərməliyik”.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi