Yuxarı

Almaniyanın hakim partiyadan deputatı: “Azərbaycanla münasibətdə çox yaxşı perspektiv görürük”

“Önəmli tərəfdaşımız olan Azərbaycanın üzləşdiyi münaqişənin həlli bizim də arzumuzdur”

Berlin. 12 fevral. REPORT.AZ/ “Azərbaycan Almaniyanın, ümumiyyətlə, Avropanın müxtəlif sahələr üzrə daim maraq dairəsində olan tərəfdaşıdır və biz bir tərəfdaş kimi, bu ölkənin ərazi bütövlüyünü, regionun sabitliynin təmin olunmasını dəstəkləyirik”.

Bunu “Report”un Berlin bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim Xristian Demokratlar Partiyasından (CDU) olan deputatı Mark Hauptman bildirib.

O qeyd edib ki, Almaniya bütün münaqişələrin və münasibətlərin silah yolu ilə yox, masa ətrafında qarşılıqlı anlaşma şəraitində və sülh yolu ilə həllinin tərəfdarıdır: “Bu, Cənubi Qafqazdakı münaqişə ocağı ilə bağlı da keçərlidir”. 

Deputat bildirib ki, Almaniyanın Cənubi Qafqazda ən önəmli tərəfdaşı kimi, Azərbaycanın xüsusilə də enerji sahəsində, sabitlik və inkişaf istiqamətində tutduğu yol rəsmi Berlin üçün önəmlidir: “Bu halda biz strateji tərəfdaşlıq üçün Azərbaycanla münasibətdə çox yaxşı perspektiv görürürük. Azərbaycanla xüsusilə enerji sahəsində daha yaxın münasibətlərin qurulması Avropa İttifaqının strateji maraqlarına daxildir və təbii ki, belə bir tərəfdaşın yaşadığı münaqişənin tezliklə həll olunması bizim də arzumuzdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi