Azərbaycanla Hindistan arasında diplomatik və xidməti pasporta malik şəxslər üçün vizaların ləğvi barədə saziş imzalanıb

Azərbaycanla Hindistan arasında diplomatik və xidməti pasporta malik şəxslər üçün vizaların ləğvi barədə saziş imzalanıb Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan və Hindistan diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.
Xarici siyasət
4 Aprel , 2018 18:41
Azərbaycanla Hindistan arasında diplomatik və xidməti pasporta malik şəxslər üçün vizaların ləğvi barədə saziş imzalanıb
Report/Firi Salim

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan və Hindistan diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, saziş bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla hindistanlı həmkarı Suşma Svarac arasında Bakıda keçirilən görüşün yekununda imzalanıb.

Görüş zamanı XİN başçıları Azərbaycanla Hindistan arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də ən aktual regional məsələləri müzakirə ediblər.

Həmçinin ADA Universiteti ilə Hindistan Xarici İşlər Nazirliyi yanında Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan XİN-in katibi Ruçi Qranaşyam imzalayıblar.

Son xəbərlər

Orphus sistemi