Yuxarı

Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadılıb

Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti uzadılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddəti uzadılıb.

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi