Yuxarı
    Bağlamaq

    Azərbaycanla Bosniya və Herseqovina arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

    Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadakı qəbul edib.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İ.Krnadak Azərbaycan hökumətinə Qoşulmama Hərəkatı nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

    Görüşdə nazirlər Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər, həmçinin əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

    XİN başçıları ikitərəfli formatda uğurlu münasibətlərin çoxtərəfli platformada da davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, E.Məmmədyarov Azərbaycan tərəfindən Bakının EXPO-2025-ə namizədliyinin irəli sürüldüyünü qeyd edib.

    Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi