Azərbaycanın Yaponiyadakı səfiri Komatsu şəhərinin meri ilə görüşüb

Azərbaycanın Yaponiyadakı səfiri Komatsu şəhərinin meri ilə görüşüb İkitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət
25 May , 2016 10:41
Azərbaycanın Yaponiyadakı səfiri Komatsu şəhərinin meri ilə görüşüb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Komatsu şəhərinin meri Sindzi Vada ilə görüşüb.

Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş çərçivəsində tərəflər ikitərəfli münasibətlərin səviyyəsini müzakirə edib. Bundan əlavə, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Bakı və Komatsu arasında "Silk Way West Airlines" aviaşirkətinin həyata keçirdiyi yük reyslərinin olmasından məmnunluğunu dilə gətirib. Qeyd edilib ki, bu uçuşlar müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı artırmağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi