Yuxarı
    Bağlamaq

    Azərbaycanın XİN başçısı İstanbulda İƏT toplantısında iştirak edəcək

    Dinlə
    İstanbulda mayın 18-də Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İƏT-in növbədənkənar sammiti keçiriləcək
    © Report/ Firi Salim — Azərbaycan XİN başçısı Elmar Məmmədyarov

    İstanbul. 17 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstində baş verən hadisələrə həsr olunmuş iclasına qatılmaq üçün İstanbula gedəcək.

    Bu barədə "Report"un Türkiyə bürosu diplomatik mənbələrə istinadən xəbər verir.

    Qeyd edək ki, mayın 18-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İƏT-in növbədənkənar sammiti keçiriləcək. Görüş iştirakçıları Qəzza sektoru sərhədində baş verən zorakılıqları müzakirə edəcəklər.

    Xatırladaq ki, daha əvvəl Qəzza zolağı sərhədi yaxınlığında israilli hərbçilərlə toqquşmalar zamanı ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən 60-dan çox fələstinli öldürülüb, təqribən, 3 min nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi