Azərbaycanın xarici işlər nazirinin müavini Yerevanda QDİƏT-nin iclasında iştirak edir

Azərbaycanın xarici işlər nazirinin müavini Yerevanda QDİƏT-nin iclasında iştirak edir İclasın yekununda QDİƏT-də sədrlik Azərbaycana keçəcək
Xarici siyasət
27 İyun , 2018 10:48
Azərbaycanın xarici işlər nazirinin müavini Yerevanda QDİƏT-nin iclasında iştirak edir
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası başlayıb.

"Report" xəbər verir ki, iclas zamanı iştirakçılar bu qurumun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və layihə əməkdaşlığının genişləndirilməsi yolları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda Ermənistanın QDİƏT-dəki altıaylıq sədrliyi başa çatacaq və sədrlik rotasiya qaydalarına əsasən, 2018-ci ilin iyulundan dekabr ayına qədər Azərbaycana keçəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Son xəbərlər

Orphus sistemi